Fransada ictimai nəqliyyatda maska tələbi ləğv edilir

Fransada ictimai nəqliyyatda maska tələbi ləğv edilir
# 11 may 2022 17:26 (UTC +04:00)

Fransa hökuməti ictimai nəqliyyatda maska taxmaqla bağlı tələbi mayın 16-dan ləğv edir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Vernan keçirdiyi brifinqdə deyib.

Vernan ölkədə epidemioloji vəziyyətin yaxşılaşdığını, pandemiyanın bitməməsinə baxmayaraq, yeni yoluxma hallarının azaldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR