Fransada istilərlə bağlı suyun istifadəsinə məhdudiyyətlər qoyulub

Fransada istilərlə bağlı suyun istifadəsinə məhdudiyyətlər qoyulub
# 24 iyul 2022 16:25 (UTC +04:00)

Fransada həddindən artıq istilər və quraqlıq səbəbindən ölkənin kontinental hissəsinin 96 departamentindən 88-də sudan istifadəyə məhdudiyyətlər tətbiq edilib.

APA xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Su qıtlığından ən çox ölkənin qərbindəki Pays-de-la-Luara və Poitou-Şarentes bölgələri zərər çəkib.

Suyun olmamasına son bir neçə həftə ərzində anomal quru və isti hava şəraiti və qışda yağıntının az olması səbəb olub.

Telekanal qeyd edir ki, yaxın günlərdə temperaturun aşağı düşəcəyinə ümid azdır, Pireney və Alp dağları istisna olmaqla, yaxın iki həftə ərzində demək olar ki, yağış gözlənilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR