Fransada kafedə atışma olub, ölən və xəsarət alanlar var

Fransada kafedə atışma olub, ölən və xəsarət alanlar var
# 01 iyun 2023 15:13 (UTC +04:00)

Fransanın Nantua şəhərində kafedə atışma olub, ölən və xəsarət alanlar var.

APA "FranceInfo"ya istinadən xəbər verir ki, Nantua şəhərinin mərkəzində bir nəfər kafedə olan insanlara atəş açıb.

Hadisə nəticəsində kafedə olan 19 yaşlı gənc yerindəcə ölüb, digər 31 yaşlı qurban isə qarın nahiyəsindən yaralanıb və helikopterlə Lyon-Sud xəstəxanasına aparılıb.

Daha iki nəfərin yüngül xəsarət aldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR