Fransada keçiriləcək G7 sammitinə iştirakçı qismində dəvət olunan ölkələrin adları bəlli olub

Fransada keçiriləcək G7 sammitinə iştirakçı qismində dəvət olunan ölkələrin adları bəlli olub
  • Clock-gray 16:00
  • calendar-gray 19 Avqust 2019

Fransada keçiriləcək G7 sammitinə iştirakçı qismində dəvət olunan ölkələrin adları bəlli olub.

APA-nın xəbərinə görə, bu barədə G7 Fransanın “Twitter” səhifəsində məlumat verilib.

Avqustun 24-26-da Fransanın Biarritz şəhərində keçiriləcək sammitə G7-nin daimi üzvü olan ölkələrlə yanaşı, Avstraliya, Hindistan, Seneqal, Cənubi Afrika Respublikası, Çili, Misir, Ruanda, Burkino Faso iştirakçı qismində qatılacaqlar.

Qeyd edək ki, Fransanın quruma prezidentliyi dövründə əsas deviz - "dünyadakı bərabərsizliyə qarşı mübarizə" qəbul olunub.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date