Fransada “Kinder” şokoladlarına görə təhqiqat başlayıb - VİDEO

Fransada “Kinder” şokoladlarına görə təhqiqat başlayıb - VİDEO
# 09 iyun 2022 21:21 (UTC +04:00)

“Ferrero” şirkətinin Belçikada istehsalı etdiyi “Kinder” şokoladlarında aşkar edilmiş salmonellaya görə Parisdə təhqiqat başlayıb.

APA xəbər verir ki, Paris prokurorluğunun açdığı cinayət işində istehsalçı başqasının həyatını təhlükədə qoymaqda və müştəriləri aldatmaqda ittiham edilir.

Qeyd edək ki, apreldə “Ferrero” şirkəti Belçikada istehsal etdiyi şokoladlarda Salmonella bakteriyası aşkar edildiyi üçün satışı dayandırıb. Avropa Xəstəliklərlə Mübarizə Mərkəzinin məlumatına görə, artıq İttifaqda 324 nəfərdə salmonella aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR