Fransada meşə yanğını səbəbindən 31 mindən çox insan təxliyə olunub - FOTO

Fransada meşə yanğını səbəbindən 31 mindən çox insan təxliyə olunub - FOTO
# 19 iyul 2022 02:43 (UTC +04:00)

Fransada meşə yanğını səbəbindən təxliyə edilənlərin sayı 31100 nəfərə yüksəlib.

APA BFMTV-ə istinadən xəbər verir ki, 15 regionda yanğınla əlaqədar qırmızı - fövqəladə təhlükə səviyyəsi elan olunub.

Yanğının yayılması ilə əlaqədar Arakaşon şəhərindəki Zooparkda bütün heyvanların təxliyə ediləcəyi açıqlanıb.

Fransanın cənub-qərbindəki Jirondada 7 gündür davam edən yanğınla əlaqədar daha 14900 insan təxliyə edilib.

Havanın temperaturunun 44 dərəcəyə çatdığı bölgədə qurudan və havadan yanğınsöndürmə işləri davam edir.

Hadisə yerində 1700 yanğınsöndürən alovla mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR