Fransada meşə yanğınlarında 4 yanğınsöndürən xəsarət alıb

Fransada meşə yanğınlarında 4 yanğınsöndürən xəsarət alıb
# 01 avqust 2022 03:04 (UTC +04:00)

Fransanın Qard departamentində meşə yanğınları 350 hektar ərazini külə döndərib.

APA-nın “Le Monde” nəşrinə istinadla xəbərinə görə, yanğınla mübarizə zamanı 4 yanğınsöndürən xəsarət alıb. Onlardan birinin vəziyyəti ağır olduğundan helikopterlə Monpelye şəhərinə təxliyə edilib. İki yüzədək ev yanğından mühafizə olunub. Sürəti saatda 60 kilometrə çatan külək alovla mübarizəni çətinləşdirir.

Yanğın təhlükəsizliyinə görə bir qəsəbənin sakinləri təxliyə edilib. Ölkənin cənubundakı A7 şose yolu uzun müddət bağlı olub. Gecə saatlarında hərəkət qismən bərpa olunsa da, uzun tıxaclar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR