Fransada parlament seçkilərinin birinci turunun ilk nəticələri məlum olub - YENİLƏNİB

Fransada parlament seçkilərinin birinci turunun ilk nəticələri məlum olub  - YENİLƏNİB
# 13 iyun 2022 03:08 (UTC +04:00)

Fransada parlament seçkilərinin birinci turunun ilk nəticələri məlum olub.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, birinci turda prezident koalisiyası olan “Birlikdə” və sol qüvvələrin birliyi olan NUPES, demək olar, eyni sayda – müvafiq olaraq 25,7 və 25,6 faiz səs toplayıblar.

Üçüncü yerdə isə 18.7%-lə Marin Le Penin “Milli birlik” partiyasıdır.

***

12.06.2022

Saat 22:31

Fransada keçirilən parlament seçkilərinin birinci turunda "Yeni Xalq Ekoloji və Sosial Birliyi" (NUPES) solçu koalisiyasının nümayəndələri səslərin əksəriyyətini toplayıb.

APA xəbər verir ki, bu barədə “BFM” telekanalı “Elabe” sosioloji xidmətinin səsvermə başa çatdıqdan sonra verdiyi proqnoza istinadən məlumat verir.

Solçu Jan Lük Melanşon təşəbbüsü ilə yaradılmış NUPES koalisiyasının nümayəndələri 26,2% səs toplayıb. “Birgə!” hakim koalisiyasının namizədləri 25,8 faiz səs toplayıb.

Buna baxmayaraq, Fransada majoritar seçki sisteminin xüsusiyyətlərinə görə, hakim koalisiya parlamentdəki yerlərin əksəriyyətini saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR