Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək

Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək
# 19 iyun 2022 05:11 (UTC +04:00)

Bu gün Fransada Milli Assambleyaya seçkilərin ikinci turu keçiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, ekspertlərin və medianın diqqəti hazırkı prezident Emmanuel Makronun koalisiyasının Fransa parlamentinin aşağı palatasında çoxluğu qoruyub saxlaya bilib-bilməyəcəyi sualına yönəlib.

Bir həftə əvvəl seçkilərin ilk raundda Makronun “Birgə” koalisiyası solçu Jan-Lyuk Mélenchonun rəhbərlik etdiyi Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) ilə demək olar ki, eyni səs toplamışdı.

Qeyd edək ki, 577 yerlik Fransa Milli Assambleyasında əksəriyyət üçün ən azı 289 mandat qazanmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR