Fransada prezidentliyə namizəd məhkəməyə verilib

Fransa prezidentliyinə namizəd Erik Zemmur

© APA | Fransa prezidentliyinə namizəd Erik Zemmur

# 16 yanvar 2022 21:01 (UTC +04:00)

Fransa prezidentliyinə namizəd Erik Zemmur hakim qarşısına çıxarılacaq.

APA-nın “Le Monde” qəzetinə istinadla məlumatına görə, prezidentliyə namizəd müəllif hüquqlarını pozmaqda ittiham edilir.

Bir müddət əvvəl “Youtube”da yayımlanan tanıtım videosunda Zemmur köhnə filmlərdə olan kadrlardan istifadə edib. Video yayıldıqdan qısa müddət sonra kadrların çoxunun istifadəsi üçün icazə alınmadığı məlum olub və film müəllifləri məhkəməyə müraciət ediblər. İşə Paris Yuxarı İnstansiya Məhkəməsi yanvarın 27-də baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR