Fransada rekord inflyasiya qeydə alınıb

Fransada rekord inflyasiya qeydə alınıb
# 15 may 2022 02:42 (UTC +04:00)

Fransada inflyasiya 1985-ci ildən sonrakı ən yüksək həddə çatıb.

APA-nın Fransa Milli Statistika İnstitutuna istinadla məlumatına görə, apreldə inflyasiya 4,8% təşkil edib. Halbuki martda göstərici 4,5% idi. Artımın əsas səbəbi enerji daşıyıcılarının 26% bahalaşmasıdır.

Ay ərzində ərzaq məhsulları 3,8, xidmətlər 3% bahalaşıb. Ərzaq məhsullarından ən çox göyərti, ət, çörək və yağın qiyməti artıb. Nəqliyyatda isə ən ciddi bahalaşma 22%-lə aviasiyada qeydə alınıb. Martda bu sektorda qiymət artımı 5,7% olub. Yalnız siqaret və tibbi vasitələrin qiymətləri cüzi ucuzlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR