Fransada son sutkada 208 mindən çox insan COVID-19-a yoluxub

Fransada son sutkada 208 mindən çox insan COVID-19-a yoluxub
# 29 dekabr 2021 18:25 (UTC +04:00)

Fransada son sutkada COVID-19-a rekord sayda yoluxma qeydə alınıb.

APA-nın “France 24” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Olivier Veran Milli Assambleyada çıxışında bildirib.

Onun sözlərində görə, son 24 saat ərzində ölkədə 208 mindən çox yoluxma qeydə alınıb ki, bu, həm ölkə üçün, həm də ümumilikdə Avropada indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.

Səhiyyə naziri bildirib ki, hər ötən saniyə Fransanın iki vətəndaşında COVID-19-a yoluxma aşkarlanır. O deyib ki, hazırda reanimasiyada olan xəstələrin 70 faizindən çoxu peyvənd olunmamış şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR