Fransada baş verən iğtişaşlarda 200 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Fransada baş verən iğtişaşlarda  200 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB
# 26 mart 2023 06:38 (UTC +04:00)

Martın 25-i şənbə günü Fransanın qərbindəki Sen Solin kommunasında keçirilən etiraz aksiyası zamanı baş verən iğtişaşlarda azı 200 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə BFM TV məlumat verib.

Etiraz təşkilatçıları jurnalistlərə bildiriblər ki, nümayişdə baş verən qarşıdurmalarda 200-ə yaxın adam xəsarət alıb. Fransa hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 38 polis əməkdaşı da yaralanıb.

***

23.12

Fransanın bir neçə yaşayış məntəqəsində suvarma hovuzlarına qarşı etiraz aksiyaları keçirilib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, sakit başlayan aksiya sonradan polislə qarşıdurmaya çevrilib. Radikal qruplar polisə daş, Molotov kokteyli atıb, irriqasiya sistemlərinə zərər veriblər.

Polis narazı kütləyə gözyaşardıcı qaz və dəyənəklə müdaxilə edib. Toqquşmalarda 38 nəfər xəsarət alıb. Onlardan beşi reanimasiyadadır.

Aksiyalarda iştirak edənlərin sayı 30 000 nəfəri keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR