Fransada təlim zamanı əsgəri qatar vuraraq öldürüb

Fransada təlim zamanı əsgəri qatar vuraraq öldürüb
# 19 noyabr 2022 02:22 (UTC +04:00)

Fransada hərbçiləri təlim zamanı qatar vurub.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə zamanı 1 nəfər ölüb.

Digər iki nəfər isə yüngül xəsarət alıb və Frejüs xəstəxanasına çatdırılıb.

Üçüncü zərərçəkmiş isə şok vəziyyətində təxliyə edilib.

Qəza yerinə həkimlərlə yanaşı xilasedicilər, jandarm və polis cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR