Fransada yanğınlara görə 10 mindən çox sakin təxliyə olunub

Fransada yanğınlara görə 10 mindən çox sakin təxliyə olunub
# 10 avqust 2022 21:54 (UTC +04:00)

Fransanın cənub-qərbində meşə yanğınlarına görə 10 mindən çox sakin təxliyə edilib.

APA-nın xəbərinə görə, bunu Jironda departamentinin polis prefekturasının təhlükəsizlik üzrə müavini Martin Hepro bildirib.

Hepro əlavə edib ki, 6 min hektardan çox meşə massivi məhv olub. Yanğınlar havanın keyfiyyətinə mənfi təsir edib, zəhərli maddələrin konsentrasiyası artıb. Bu səbəbdən əhalidən açıq havada mümkün qədər az olmaq tövsiyə edilib.

Daxili İşlər Nazirliyi müəssisə rəhbərlərini könüllü yanğınsöndürənləri işdən buraxmağa çağırıb.

Yüksək temperatur və külək yanğınla mübarizəni çətinləşdirir. “Meteo France”ın məlumatına görə, iyulda ölkəyə cəmi 9,7 mm yağıntı düşüb ki, bu da bütün meteoroloji ölçmələr tarixində ilk haldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR