Fransadakı aksiyalar zamanı 200-dən çox şəxs saxlanılıb

Fransadakı aksiyalar zamanı 200-dən çox şəxs saxlanılıb
# 29 mart 2023 11:30 (UTC +04:00)

Fransada son günlər baş vermiş pensiya islahatlarına qarşı nümayişlərdə 200-dən çox adam saxlanılıb.

APA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin “Twitter”də yazıb.

Nazir qeyd edib ki, Fransa polisi pensiya islahatına qarşı 10-cu ümummilli nümayiş zamanı baş verən iğtişaşlarda 201 nəfəri saxlayıb və polislə aksiyaçılar arasında baş vermiş toqquşmalar zamanı 175 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb.

Ölkə paytaxtında və digər şəhərlərdə baş tutan etiraz aksiyalarında 740 min nəfərin iştirak etməsi bildirilib və aksiyaların qarşısını almaq üçün 13 min hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR