"General Polad Нəşimov" gəmisi Ukraynadan bitki yağı daşıyacaq

"General Polad Нəşimov" gəmisi Ukraynadan bitki yağı daşıyacaq
# 04 sentyabr 2022 01:16 (UTC +04:00)

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 2 gəminin çıxışına icazə verib.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü 14 250 tondur. "Mrc Lina" gəmisi Yujnıy limanından Mərsinə 7800 ton bitki yağı gətirəcək. "General Polad Həşimov" gəmisi isə Çernomorsk limanından Mərsinə 6 450 ton günəbaxan yağı gətirəcək.

Bundan başqa, əvvəlki günlərdə əlverişsiz havaya görə yola düşə bilməyən 4 gəmi də gün ərzində Ukrayna limanlarını tərk edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR