Guardian: Britaniya dondurulmuş aktivlərini Moskvaya qaytarmaqdan imtina edir

Guardian: Britaniya dondurulmuş aktivlərini Moskvaya qaytarmaqdan imtina edir
# 26 may 2023 05:17 (UTC +04:00)

London Kiyevə dəymiş ziyana görə kompensasiya ödəməyə razılaşana qədər dondurulmuş dövlət aktivlərini Moskvaya qaytarmayacaq.

APA xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Nəşrin məlumatına görə, hazırda Britaniya hakimiyyəti Aİ-dən olan həmkarları ilə birlikdə Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsi imkanını müzakirə edir.

Hakim Mühafizəkarlar Partiyasının bəzi üzvləri, eləcə də müxalif Leyboristlər Partiyasının və Ukrayna hökumətinin nümayəndələri Rusiyanın Böyük Britaniyadakı dövlət əmlakının tamamilə müsadirə edilməsini və Kiyevə verilməsini təklif edirlər.

Ötən il onların dəyəri 32 milyard dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR