Güclü yağış Tbilisidə fəsadlara səbəb olub

Güclü yağış Tbilisidə fəsadlara səbəb olub
# 19 iyun 2019 11:03 (UTC +04:00)

Gecə və səhər saatlarında Gürcüstanın paytaxtı Tbilisidə yağan güclü yağış Vake, Saburtalo, Gldani, Nadzaladevi, Isani və Samgori rayonlarında bir sıra problemlər yaradıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, mərkəzi küçələrdə toplanan yağış suyu avtomobillərin hərəkətinə çətinlik törədib. Güclü yağış Petre Sarajaşvili küçəsində yeni inşa edilmiş divarı uçurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Hallar İdarəsinin “qaynar xətt”inə yaşayış evlərinin birinci mərtəbəsinin su ilə dolması barədə 60 müxtəlif nöqtədən yardım müraciəti edildiyi bildirilir. Yanğınsöndürənlərin gecə boyu nasoslarla suyu boşaldılması istiqamətində çalışdığı qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR