Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Qriqori Karasinlə görüşəcək

Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Qriqori Karasinlə görüşəcək
  • Clock-gray 18:27
  • calendar-gray 12 İyun 2019

Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr məsələləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze sabah Çexiyanın paytaxtı Praqada Rusiya xarici işlər nazirinin müavini Qrigori Karasinlə görüşəcək.

APA “Apsny.ge”yə istinadən xəbər verir ki, bu barədə Z.Abaşidze bildirib.

Onun sözlərinə görə, görüşdə əsasən iki ölkə arasındakı iqtisadi əlaqələr müzakirə olunacaq.

“Bizim gündəmimizdə ticari-iqtisadi əlaqələr, nəqliyyat əlaqələri, müəyyən humanitar məsələlər dayanır. Biz hava daşımaları, avtomobil və yükdaşımalarında öz şirkətlərimizin maraqlarını maksimal dərəcədə qorumağa çalışırıq”, - deyə Zurab Abaşidze qeyd edib. 

O vurğulayıb ki, Qrigori Karasinlə hər görüşün əvvəlində işğal olunmuş ərazilərdəki vəziyyətə toxunur.

Z.Abaşidze əlavə edib ki, yaxın zamanda Gürcüstan və Rusiya siyasətçilərinin yüksək səviyyəli görüşü planlaşdırılmır.

 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date