Gürcüstan DİN ölkəyə gələn Rusiya vətəndaşlarının sayının azaldığını bildirir

Gürcüstan DİN ölkəyə gələn Rusiya vətəndaşlarının sayının azaldığını bildirir
# 30 sentyabr 2022 14:19 (UTC +04:00)

Son sutka ərzində 6109 nəfər Rusiya vətəndaşı Gürcüstana daxil olub, 5186 nəfər isə tərk edib.

APA xəbər verir ki, Gürcüstan DİN 29 sentyabr saat 10:00-dan 30 sentyabr saat 10:00-a qədər müddət ərzindəki statistikaya əsasən bu haqda məlumat yayıb.

Açıqlamada o da qeyd olunur ki, Daryal sərhəd-keçid məntəqəsindən sərnişinlərin axını nəzərəçarpacaq dərəcədə azalıb və o cümlədən Gürcüstanın digər keçid məntəqələrində də Rusiya vətəndaşlarının gediş-gəliş sayı azalıb.

Bununla belə, 28 sentyabrdan 29 sentyabra kimi Gürcüstan ərazisinə 9642 nəfər Rusiya vətəndaşı keçib, 5448 nəfər isə ölkə ərazisini tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR