Gürcüstan-Ermənistan sərhədində daha iki zəlzələ olub - YENİLƏNİB 2

Gürcüstan-Ermənistan sərhədində daha iki zəlzələ olub  - YENİLƏNİB 2
# 11 iyul 2022 10:15 (UTC +04:00)

Gürcüstan-Ermənistan sərhədində daha iki zəlzələ baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb. Bildirilib ki, yerli vaxtla 09:18-də və 09:48-də baş verən hər iki zəlzələ 3,1 bal gücündə olub.

Yeraltı təkanların episentri bu dəfə də Sameba kəndi yaxınlığında olub.

09:48

Gürcüstanda növbəti zəlzələ baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb. Bildirilib ki, 4,5 bal gücündəki zəlzələ yerli vaxtla 09:10-da qeydə alınıb.

Yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında olub.

08:50

Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 07:36-da baş verib.

Yeraltı təkanların episentri Ermənistanla sərhəddə yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barəsində məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR