Gürcüstan iqtidarı Ukrayna hakimiyyətinin bəzi rəsmilərini ittiham edib

Gürcüstan iqtidarı Ukrayna hakimiyyətinin bəzi rəsmilərini ittiham edib
# 13 sentyabr 2022 14:27 (UTC +04:00)

Təəssüf ki, Ukrayna hökumətinin bir sıra yüksək vəzifəli rəsmiləri Gürcüstanda ikinci cəbhənin açılmasını, Gürcüstanın Ukraynada hazırkı hərbi münaqişədə iştirak etməsini istəyirlər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

O vurğulayıb ki, Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açılması ilə bağlı məsələdə xalq qərar verməlidir:

“Əgər insanlar Gürcüstanda ikinci cəbhə açılmasını istəsə, bunu daha sonra müzakirə edə bilərik. Əgər istəməsə, bizim verdiyimiz qərarda qalmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR