Gürcüstan Milli Elmlər Akademiyasına yeni prezidenti seçilib

Gürcüstan Milli Elmlər Akademiyasına yeni prezidenti seçilib
# 08 iyun 2023 03:24 (UTC +04:00)

İyunun 7-də Gürcüstanın Milli Elmlər Akademiyasının (GMEA) toplantısı keçirilib. Toplantıda akademiyanın qarşısında duran məsələlər və perspektiv layihələr müzakirə olunub, təşkilatı məsələyə baxılıb.

APA xəbər verir ki, GMEA-nın ümumi yığıncağında 2013-cü ildən akademiyanın prezident vəzifəsində çalışan Giorgi Kvesitadze səlahiyyətlərinin başa çatdığını bildirib. Sonra GMEA-nın vitse-prezidenti, tarixçi alim, ictimai xadim Roin Metreveli akademiyanın yeni prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycanın elm dairələrində də yaxşı tanınan Roin Metreveli uzun müddət İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru olub. O, 1993-cü ildən GMEA-nın həqiqi üzvü seçilib, 2013-cü ildən isə vitse-prezidenti kimi çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR