Gürcüstan parlamentinin yeni spikeri seçilib

Şalva Papuaşvili

© APA | Şalva Papuaşvili

# 29 dekabr 2021 14:00 (UTC +04:00)

Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı Şalva Papuaşvili parlamentin spikeri postuna təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin bu gün keçirilən iclasında baş tutmuş səsvermədə deputatlardan 88-i onun lehinə, 1-i isə əleyhinə səs verib.

Yeni sədrin təsdiqlənməsi üçün minimal 76 səsə ehtiyac olub.

Qeyd edək ki, sabiq sədr Kaxa Kuçava dekabrın 24-də istefa verib. O, istefasını yaxın gələcəkdə vacib dövlət layihələrindən birinə rəhbərlik edəcəyi ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR