Gürcüstan Prezidenti Lukaşenkonu Abxaziyaya səfərinə görə qınayıb

Gürcüstan Prezidenti Lukaşenkonu Abxaziyaya səfərinə görə qınayıb
# 28 sentyabr 2022 19:01 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal altındakı Abxaziyaya səfərini qınayıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

"Mən Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu Gürcüstanın İşğal Altındakı Ərazilər Qanununun, bizim ikitərəfli əlaqələrimizin prinsiplərinin və beynəlxalq hüququn qəbuledilməz pozuntusudur ",- deyə Prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR