Gürcüstan Prezidenti Polşaya gedib

Salome Zurabişvili

© APA | Salome Zurabişvili

# 05 dekabr 2022 10:51 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Polşaya səfərə gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb.

Bildirilib ki, Zurabişvili səfər çərçivəsində polşalı həmkarı Andjey Duda ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra dövlət başçılarının mətbuata birgə açıqlaması planlaşdırılıb.

Tərəflərin görüş zamanı ikitərəfli əlaqələri müzakirə edəcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR