Gürcüstan prezidenti Rusiya ilə hava əlaqəsinin bərpasına qarşıdır

Salome Zurabişvili

© APA | Salome Zurabişvili

# 20 yanvar 2023 16:29 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya ilə hava əlaqəsinin bərpasına qarşıdır.

APA xəbər verir ki, Zurabişvilinin bununla bağlı bəyanatı prezidentin rəsmi saytında dərc edilib.

Gürcüstan lideri həmçinin əlavə edib ki, rusların Gürcüstanda qalma şərtləri də sərtləşdirilməlidir.

Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov 18 yanvarda keçirdiyi mətbuat konfransında Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa oluna biləcəyini qeyd edib. İki ölkə arasında birbaşa uçuşlar 2019-cu ilin iyununda Tbilisidə keçirilən anti-Rusiya mitinqləri ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR