Gürcüstan Rusiya ilə viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirmir

İrakli Kobaxidze

© APA | İrakli Kobaxidze

# 21 sentyabr 2022 16:35 (UTC +04:00)

Gürcüstan hökuməti Rusiya vətəndaşlarına viza rejiminin tətbiq olunması məsələsini nəzərdən keçirmir.

APA TASS-a istinadən xəbər verir ki, bunu bu gün hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Əlbəttə ki, viza rejiminin tətbiq olunması məsələsi heç bir halda nəzərdən keçirilmir”, - deyə Kobaxidze Rusiyanın qismən səfərbərlik qərarını şərh edərkən əlavə edib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti hər hansı təhlükəni gözdən qaçırmamaq üçün hazırkı vəziyyətdə olduqca sayıq və ehtiyatlı olmalıdır.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR