Gürcüstan heç kimə sanksiyalardan yayınması üçün yardım etmir.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, bu vaxtadək Gürcüstanın Rusiyaya sanksiyalardan yayınmağa yardım etməsinə dair heç bir fakt təsdiqini tapmayıb, əksinə dəfələrlə təsdiqlənib ki, rəsmi Tbilisi bu sanbksiyaların tətbiq edilməsinə yardım edir.
Nazir Rusiyanın Gürcüstanla birbaşa uçuşları bərpa etməsinə dair suala cavabında qeyd edib ki, müvafiq qərar Gürcüstan vətəndaşlarının öz vaxtlarına və maliyyə resurslarına qənaət etməsinə yardım edir, bu baxımdan Gürcüstan hökuməti burada yanlış heç nə görmür.
Qeyd edək ki, Qərb KİV-i bu gün ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə kordinatoru Cim O’Brayna istinadən aralarında Gürcüstan və Ermənistan da olmaqla 5 ölkənin Rusiyaya sanksiyalardan yayınmağa yardım etməsi barədə məlumat yayıb.