Gürcüstan taxıl ixracını qadağan edib

Gürcüstan taxıl ixracını qadağan edib
# 28 iyun 2022 17:16 (UTC +04:00)

Gürcüstanın Baş naziri İraklli Qaribaşvili ölkədən taxıl ixracının qadağan edilməsini nəzərdə tutan fərmanı imzalayıb.

APA-nın yerli bürosu xəbər verir ki, hökumət qərarın qida təhlükəsizliyi ilə əlaqəli olduğunu bəyan edib.

"Rusiya-Ukrayna müharibəsinə görə dünyada qida təhlükəsizliyi ilə əlaqədar Gürcüstandan buğda və arpanın ixracı 1 iyul 2023-cü ilədək qadağan edilir”, - deyə hökumətin açıqlamasında bildirilib.

Taxıl ixracına qadağa iyulun 4-dən tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR