Gürcüstan Türkiyəyə 60 xilasedici göndərib - YENİLƏNİB

Gürcüstan Türkiyəyə 60 xilasedici göndərib - YENİLƏNİB
# 06 fevral 2023 18:08 (UTC +04:00)

Gürcüstan Türkiyəyə 60 xilasedici göndərib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Baş nazir İrakli Qaribaşvilinin qərarı ilə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin əməkdaşlarından ibarət qrup müvafiq avadanlıqlarla birlikdə Türkiyəyə yola salınıb.

Qeyd olunub ki, yanğınsöndürənlər və xilasedicilərdən ibarət qrupun axtarış-xilasetmə fəaliyyətlərinə şəxsən Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili rəhbərlik edəcək.

***

13:21

Gürcüstan Türkiyəyə axtarış-xilasetmə avadanlıqları və xilasedicilər göndərir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilinin qərarına əsasən, qarşıdakı bir neçə saat ərzində xilasedicilər və müvafiq vasitələr Türkiyəyə yola salınacaq.

Qeyd olunub ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR