Gürcüstan Ukraynaya generatorlar göndərəcək

Gürcüstan Ukraynaya generatorlar göndərəcək
# 09 dekabr 2022 15:56 (UTC +04:00)

Gürcüstan Ukraynaya elektrik enerjisi generatorları göndərəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, məsələnin ən qısa zamanda həll edilməsi üçün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə müvafiq göstəriş verilib.

Hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze qeyd edib ki, Gürcüstan Ukraynaya ən çox humanitar yardım göstərən ölkədir və hazırda 26 min Ukrayna vətəndaşı Gürcüstan ərazisindədir. Əlavə edib ki, Gürcüstan məktəblərində hazırda 2 345 ukraynalı uşaq təhsil alır. O, Gürcüstanın Ukrayna vətəndaşlarına göstərdiyi yardımın təxminən 32 milyon lari təşkil etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR