Gürcüstan və Qazaxıstan Baş nazirləri görüşüb

İrakli Qaribaşvili, Əlixan Smayilov

© APA | İrakli Qaribaşvili, Əlixan Smayilov

# 27 iyul 2022 10:12 (UTC +04:00)

Qazaxıstanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qazaxıstanlı həmkarı Əlixan Smailovla görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.

Bildirilib ki, təkbətək görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrini, həmçinin əməkdaşlığın perspektivini müzakirə ediblər.

Gürcüstan Baş naziri ölkəsinin Qazaxıstanla tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə hazır olduğunu vurğulayıb.

Qazaxıstan Baş naziri Əlixan Smailov da öz növbəsində mövcud əlaqələri gücləndirməyə hazır olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR