Gürcüstan XİN rəhbəri Ermənistanda səfərdədir

Gürcüstan XİN rəhbəri Ermənistanda səfərdədir
# 30 aprel 2022 10:43 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Ermənistanda rəsmi səfərdədir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İliya Darçiaşvili erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

İki gün davam edəcək səfər çərçivəsində Gürcüstan XİN başçısı Ermənistanın Baş naziri Nikol Paşinyan və parlamentin sədrin Alen Simonyanla da görüşlər keçirəcək.

Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili bu həftə Azərbaycanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR