Gürcüstana külli miqdarda qızıl keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstana külli miqdarda qızıl keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb
# 05 avqust 2022 10:40 (UTC +04:00)

Türkiyədən Gürcüstana 871.53 qram qızıl keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Maliyyə Nazirliyi yayıb.

Bildirib ki, Ermənistan vətəndaşı “Kartsaxi” gömrük keçid məntəqəsi vasitəsilə Türkiyədən dəyəri 133 351.74 lari (83.344.84 manat) olan qızılı Gürcüstan ərazisinə qanunsuz yolla daxil etməyə çalışarkən saxlanılıb.

Faktla əlaqədar cinayət işi açılıb, iş üzrə saxlanılan şəxsin 5 ildən 7 ilədək həbsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR