Gürcüstana qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstana qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
  • Clock-gray 11:45
  • calendar-gray 22 Sentyabr 2019

Yay ayları ərzində 4 Azərbaycan vətəndaşı Gürcüstan-Azərbaycan sərhədindən Gürcüstana qanunsuz daxil olmağa cəhd göstərib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Yay ayları ərzində bu ölkəyə ümumilikdə 96 əcnəbi vətəndaş qanunsuz daxil olmağa cəhd göstərib. Bunlardan 15-i Türkiyə, 8-i Hindistan, 4-ü Ermənistan, 5-i Mərakeş, 5-i İran, 1-i Iraq vətəndaşı olub. Qanunsuz daxil olmağa cəhd edən 8 nəfərin isə vətəndaşlığı olmayıb.

Gürcüstan DİN-in məlumatına görə, ötən gecə  2 Kamerun vətəndaşı bu ölkəyə qanunsuz daxil olmağa cəhd göstərib. Faktla bağlı istintaq başladılıb. Saxlanılan şəxsləri 5  ilədək həbs cəzası gözləyir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date