Gürcüstanda 27 il əvvəl dövriyyəyə buraxılmış larinin istifadə müddəti bitib

Lari

© APA | Lari

# 05 yanvar 2022 16:18 (UTC +04:00)

Gürcüstanda 1995-1999-ci illərdə dövriyyəyə buraxılmış bütün lari nominallı əskinasların istifadə müddəti başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Milli Bankı yayıb.

Qərara əsasən köhnə əskinaslardan ölkə ərazisində ödəniş vasitəsi kimi istifadə edilməsi qadağan edilib. Bu, köhnə əskinasların müasir tələblərə cavab verməməsi ilə əlaqələndirilib. Vətəndaşlar əllərində qalan köhnə əskinasları yalnız Milli Bankın mərkəzlərində mübadilə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR