Gürcüstanda daha 31 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 31 nəfər koronavirusdan ölüb
# 10 yanvar 2022 10:49 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 953 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 962 827, ölənlərin sayı isə 14 218 nəfərə çatıb. Virusa yoluxanlardan 913 528 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR