Gürcüstanda daha 71 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 71 nəfər koronavirusdan ölüb
# 27 dekabr 2021 10:33 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 986 yoluxma halı qeydə alınıb, 71 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 925 354, ölənlərin sayı isə 13 583 nəfərə çatıb. Virusa yoluxanlardan 885 056 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR