Gürcüstanda Gəncə qapısının saxlanıldığı monastırda yanğın olub, keşiş xəsarət alıb

Gürcüstanda Gəncə qapısının saxlanıldığı monastırda yanğın olub, keşiş xəsarət alıb
# 16 yanvar 2023 17:45 (UTC +04:00)

Gürcüstanda tarixi Gəncə qapısının saxlanıldığı Gelati monastırının rəhbəri, keşiş İoseb Burcanadzenin hücrəsində yanğın olub.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, yanıq xəsarətləri alan din xadimi Kutaisidə xəstəxanaya yerləşdirilib.

Keşişin bədəninin 50 faizinin yandığı və reanimasiyaya yerləşdirildiyi bildirilib.

Yanğının səbəbi hələ ki, qeyri-müəyyəndir.

Qeyd edək ki, Gəncə qapısı Gelati monastır kompleksinin həyətindəki ayrıca tikilidə, gürcü çarı Qurucu Davidin (David Aqmaşenebeli) məzarüstü abidəsində saxlanılır. Yanğın zamanı qapıya ziyan dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR