Gürcüstanda güclü külək nəticəsində 1 nəfər ölüb

Gürcüstanda güclü külək nəticəsində 1 nəfər ölüb
# 13 yanvar 2023 11:11 (UTC +04:00)

Gürcüstanın Lançxuti şəhərində güclü külək nəticəsində 1 nəfər həlak olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə şəhərin meri "Interpressnews"a açıqlamasında bildirib.

Məlumata görə, insident Samtrediya-Qriqoleti magistral yolunda baş verib.

Belə ki, güclü külək nəticəsində aşan ağac hərəkətdə olan avtomobilin üzərinə düşüb, nəticədə sürücü hadisə yerində həlak olub.

Qeyd edək ki, Gürcüstanda bir neçə gündür, mürəkkəb hava şəraiti hökm sürür. Paytaxt Tbilisi də daxil olmaqla ölkənin bir sıra regionlarında qarlı və küləkli hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR