Gürcüstanda koronavirusa həftəlik yoluxma sayı iki dəfə artıb

Gürcüstanda koronavirusa həftəlik yoluxma sayı iki dəfə artıb
# 12 iyul 2022 13:17 (UTC +04:00)

Son bir həftə ərzində Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 5 154 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yoluxma hallarının 3 310-u paytaxt Tbilisidə qeydə alınıb. Son həftə ərzində Gürcüstanda 2 338 nəfər xəstəlikdən sağalıb, 3 nəfər isə xəstəlikdən vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR