Gürcüstanda koronavirusa yoluxanların sayı 924 368 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 924 368 nəfərə çatıb
# 26 dekabr 2021 10:54 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 161 yoluxma halı qeydə alınıb, 69 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 924 368, ölənlərin sayı isə 13 512 nəfərə çatıb.

Virusa yoluxanlardan 881 863 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR