Gürcüstanda koronavirusa yoluxanların sayı 928 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 928 mini ötüb
# 28 dekabr 2021 10:40 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 676 yoluxma halı qeydə alınıb, 63 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 928 030, ölənlərin sayı isə 13 646 nəfərə çatıb.

Virusa yoluxanlardan 888 022 (96%) nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR