Gürcüstanda koronavirusdan daha 36 nəfər vəfat edib

Gürcüstanda koronavirusdan daha 36 nəfər vəfat edib
# 14 yanvar 2022 10:47 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 567 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 984 802, ölənlərin sayı isə 14 395 nəfərə çatıb.

Virusa yoluxanlardan 924 072 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR