Gürcüstanda koronavirusdan ölənlərin sayı 14 582 nəfərə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 14 582 nəfərə çatıb
# 20 yanvar 2022 10:43 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 6 351 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 021 943, ölənlərin sayı isə 14 582 nəfərə çatıb.

Virusa yoluxanlardan 946 255 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR