Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 794-ə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 794-ə çatıb
# 20 aprel 2022 10:53 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 232 yoluxma halı qeydə alınıb, ölüm halı baş verməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 653 692, ölənlərin sayı isə 16 794 nəfər təşkil edib.

Virusa yoluxanlardan 1 634 591 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR