Gürcüstanda mikroavtobus aşıb, xəsarət alanlar var

Gürcüstanda mikroavtobus aşıb, xəsarət alanlar var
# 24 iyul 2022 20:42 (UTC +04:00)

Gürcüstanın Borjomi rayonunun Kvabişxevi kəndi yaxınlığında mikroavtobus qəzaya uğrayıb.

APA “Sputnik Georgia”ya istinadən xəbər verir ki, Axalsixe-Tbilisi marşrutu ilə hərəkət edən mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Nəqliyyat vasitəsində 14 sərnişin olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR