Gürcüstanda “oğru dünyası” ilə əlaqəsi olan 9 nəfər tutulub

Gürcüstanda “oğru dünyası” ilə əlaqəsi olan 9 nəfər tutulub
# 19 may 2022 15:29 (UTC +04:00)

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli olmaqda şübhəli bilinən 9 nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

Qeyd olunub ki, qurumun əməkdaşlarının ölkənin Baş Prokurorluğu ilə birgə həyata keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində Tbilisi, Acarıstan, İmereti, Sameqreloda 9 nəfər saxlanılıb, daha 7 nəfərə qarşı qiyabi ittiham irəli sürülüb.

Saxlanılan şəxslər vətəndaşlar arasındakı maliyyə mübahisələrini qanunsuz yollarla həll edərək şəxsi mənfəət əldə etməkdə ittiham edilirlər. Onların xaricdə olan və barəsində qiyabi ittiham irəli sürülmüş başqa bir “qanuni oğru” ilə əlaqələrinin olduğu bildirilib.

İttihamlar təsdiqini taparsa, saxlanılan şəxslər 3 ildən 15 ilədək həbs edilə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR